Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Qida Təhlükəsizliyi Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələrinin də qatıldığı görüşdə gömrük sistemində baş verən yeniliklər haqqında məlumat verilib, həmçinin “İkipilləli Buraxılış Sistemi” ilə bağlı təqdimat nümayiş etdirilib.
Daha sonra sahibkarların xarici ticarət fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər, onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Tovuz Gömrük İdarəsi tərəfindən hazırlanan “Gömrük sistemində aparılan islahatlara dair Sorğu Anketi” əsasında biznes subyektlərinin tətbiq edilən yeniliklər barədə təklif və rəyləri öyrənilib.
Yekunda xarici ticarət iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi