Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Elektrik mühərrikli yük avtomobillərinin idxal rüsum dərəcəsi 5%-dən 0% dərəcəsinə endirilib

Elektrik mühərrikli yük avtomobillərinin idxal rüsum dərəcəsi 5%-dən 0% dərəcəsinə endirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın 22.01.2024-cü il tarixdə təsdiq etdiyi “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin 1.5-ci bəndinin icrası məqsədilə elektrik mühərrikli yük nəqliyyat vasitələrindən istifadənin daha da stimullaşdırılması üzrə tədbirlər çərçivəsində Nazirlər Kabinetinin 4 mart 2025-ci il tarixli 56 nömrəli qərarı təsdiq olunub.

Müvafiq qərara əsasən zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərrikli yük avtomobillərinin idxal rüsum dərəcəsi 2028-ci ilin 1 yanvar tarixinədək 5%-dən 0% dərəcəsinə endirilib.

Qərarın tətbiqinə 4 aprel 2025-ci il tarixindən başlanılacaqdır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 Mart 2025 14:51
195