Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Azərbaycanın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi BMTNCİ ilə müzakirə olunub
Əsas
Faydalı
Xəbərlər
Azərbaycanın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi BMTNCİ ilə müzakirə olunub
Azərbaycanın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi BMTNCİ ilə müzakirə olunub
Vyanada səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov BMT-nin Vyana bölməsinin baş direktoru, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) icraçı direktoru Qada Vali ilə görüşüb.
Görüş zamanı qlobal səviyyədə narkotiklər probleminə qarşı mübarizə sahəsində BMTNCİ-nin rolu və mandatının əhəmiyyəti, eləcə də Narkotik Vasitələr üzrə Komissiyanın fəaliyyətinin vacibliyi vurğulanıb.
Bundan başqa, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində gömrük orqanlarının xüsusi rolu vurğulanıb, gömrük orqanlarının bu sahədə imkanlarının gücləndirilməsi işində BMTNCİ-nin proqram və alətlərindən istifadənin genişləndirilməsi məsələləri müzakirə olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
12 Mart 2025 22:39