Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Biləsuvar Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüş gömrük-biznes münasibətlərinin daha da gücləndirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı sahibkarları məlumatlandırmaq məqsədilə təşkil olunub.
Tədbir zamanı gömrük sistemində tətbiq edilən yeniliklər, həmçinin “İkipilləli Buraxılış Sistemi”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı” və “Rəqəmsal Gömrük Dəyəri” layihələri ilə bağlı ətaflı məlumat verilib, onların əhəmiyyətindən və faydalarından bəhs edilib, sözügedən layihələrlə bağlı videoçarxlar nümayiş etdirilib.
Daha sonra sahibkarların xarici ticarət fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər, onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi