Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şəfəq Həsənəlizadə və Kamal Hüseynli ilə görüş keçirib.

Görüşdə “Yüksəliş” müsabiqəsinin əsas məqsədləri, peşəkar gənc kadrlara yaradılan imkanlar, onların potensialının inkişafına dəstək, o cümlədən liderlik bacarıqlarının gücləndirilməsi üçün təcrübəli mentorlarla görüşlərin əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, eyni zamanda gömrük işi sahəsində həyata keçirilən innovativ layihələr və bu təşəbbüslərə müsabiqə qaliblərinin cəlb olunması perspektivləri müzakirə edilib.

"Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Mart 2025 13:04
195