Gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün növbəti təlimlər təşkil olunub
Gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün növbəti təlimlər təşkil olunub
Dövlət Gömrük Komitəsinin təşkil etdiyi “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün növbəti təlimlər keçirilib.
Dövlət Gömrük Komitəsində mentorluq proqramı çərçivəsində reallaşan təlimdən öncə iştirakçılar Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyevlə görüşüblər. Görüş zamanı proqramın əhəmiyyətindən bəhs edilib, eyni zamanda onları maraqlandıran mövzular mentorlarla birlikdə müzakirə olunub.
Qaliblərin potensialının, bilik və bacarıqlarının daha da artırılması məqsədilə təşkil olunan təlimlər “Qeyri-maliyyəçilər üçün maliyyə təlimi” və “Stresin idarə edilməsi” mövzularını əhatə edib. Tədbirdə “Pozitiv düşüncə tərzi”, “Səmərəliyin artırılması” adlı təqdimatlar da nümayiş etdirilib.
Yekunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi