Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK İdman Sağlamlıq Mərkəzinin idmançısı Avropa çempionatında qızıl medal qazanıb

DGK İdman Sağlamlıq Mərkəzinin idmançısı Avropa çempionatında qızıl medal qazanıb

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin idmançısı Ruslan Nurullayev qızıl medal qazanıb.

Milli komandanı 72 kq çəki dərəcəsində təmsil edən idmançımız turnirdə bütün rəqiblərini məğlub edib, finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşaraq 3:2 hesabıyla qalib gəlib.

Qeyd edək ki, Milli komandamız U23 Avropa çempionatında yunan-Roma güləşi üzrə 4 qızıl, 5 gümüş və 7 bürünc medala layiq görülərək artıq vətənə qayıdıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Mart 2025 12:13
195