Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Aksiz markası olmayan siqaretlər aşkarlanıb
Aksiz markası olmayan siqaretlər aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Sumqayıt Gömrük İdarəsinin əməkdaşları aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
Bakı şəhəri, Nizami rayonu ərazisində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən məcburi nişanlanma ilə nişanlanmamış 25200 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
19 Mart 2025 12:18