Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Sədərək" gömrük postunda Novruz bayramı münasibətilə tədbir keçirilib

"Sədərək" gömrük postunda Novruz bayramı münasibətilə tədbir keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunda Novruz bayramı münasibətilə tədbir keçirilib.

Postun ərazisində Novruzun gəlişini tərənnüm edən guşə yaradılıb. Xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının ən gözəl nümunələrinin nümayiş olunduğu guşə sərhəddən keçən vətəndaşlar tərəfindən maraqla qarşılanıb, onlarla adət-ənənəyə uyğun olaraq yumurta toqquşdurulub, güşədə şəkillər çəkdirilib.

Yekunda hər kəs milli birlik rəmzi olan tonqal ətrafında toplaşıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Mart 2025 12:26
195