Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGKA-da Novruz şənliyi keçirilib

DGKA-da Novruz şənliyi keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın professor-müəllim heyətini və tələbələri milli bayram münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Q.Novruzov qeyd edib ki, xalqımızın milli-mənəvi dəyərlərini və adət-ənənələrini əks etdirən Novruz bayramı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu və qəhrəman şəhidlərimizin sayəsində ərazi bütövlüyünü bərpa edən xalqımız tərəfindən daha təntənəli və coşqu ilə qeyd olunur.

Daha sonra təhsil və ictimai-sosial fəaliyyətdə fərqlənən tələbələr Akademiya rəisi tərəfindən sertifikatlarla təltif ediliblər.

Tədbirdə, həmçinin tələbələrin hazırladıqları bayram xonçaları, Novruz adət-ənənələrini əks etdirən rəsm əsərləri nümayiş olunub.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Mart 2025 18:32
195