Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Qazaxıstan gömrük xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib

Qazaxıstan gömrük xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib

Aprelin 8-də Dövlət Gömrük Komitəsində Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi Dövlət Gəlirlər Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov və Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi Dövlət Gəlirlər Komitəsinin Gömrük Nəzarəti Departamentinin direktorunun vəzifələrini icra edən Qabit Orazovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasındakı görüş gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi məqsədilə təşkil edilib.

Görüşdə Səlahiyyətli İqtisadi Operator, bəyanetmə, gömrük nəzarəti və digər mövzularda fikir mübadiləsi aparılıb, Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS) layihəsi barədə təqdimat nümayiş etdirilib.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” və “Xanoba” dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə tanış olub, sərhədkeçmə proseslərini əyani şəkildə izləyiblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 Aprel 2025 18:11
195