Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

ÜGT Maliyyə Komitəsinin növbəti sessiyası keçirilib

ÜGT Maliyyə Komitəsinin növbəti sessiyası keçirilib

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Maliyyə Komitəsinin 110-cu sessiyası keçirilib. Təşkilatın Belçika Krallığının Brüssel şəhərində yerləşən baş qərargahında keçirilən sessiyada ÜGT-nin 6 regionu üzrə 19 üzv ölkə təmsil olunub. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinov iştirak edib.

Sessiyanın gündəliyinə müvafiq olaraq ÜGT-nin Baş katibi İan Saunders 2025/2026-ci illər üzrə maliyyə perspektivləri barədə hesabatla çıxış edib, 2023/2024-cü maliyyə ili üzrə hesabatlar dinlənilib. Həmçinin Modernləşdirmə və Strateji Planların davamlılığının təmin edilməsi, “Audit Komitəsinin hesabatı”, “Harmonikləşdirilmiş Sistemin təkmilləşdirilməsi ilə bağlı təklif layihəsi”, “ÜGT-nin donor maliyyələşdirilməsi siyasətinin yenilənməsi”  və digər məsələlər üzrə müzakirələr aparılıb.

Sonda Maliyyə Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib və növbəti sessiyasının vaxtı müəyyənləşdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Aprel 2025 17:36
195