Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib
Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib
Balakən Gömrük İdarəsinin təşəbbüsü ilə Qəbələ rayonunda yerləşən Dövlət Peşə Təhsil Mərkəzində xarici ticarət iştirakçılarıyla növbəti görüş keçirilib.
Görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklərdən bəhs edilib, “İkipilləli Buraxılış Sistemi”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı”na dair təqdimat nümayiş etdirilib.
“Şirvan” gömrük postunun əməkdaşları isə “MKT İstehsalat Kommersiya” MMC-də və “Muğan Quşçuluq” MMC-də görüşlər keçiriblər.
Görüşlərdə rəsmiləşdirilmə prosesinin sürətləndirilməsi və rəqəmsallaşdırılması istiqamətində tətbiq edilən layihələr barədə məlumat verilib.
Tədbirlərdə sahibkarları maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi