Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük sistemində aparılan təkmilləşdirilmələrin, yeni istifadəyə verilmiş lahiyələrin idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, rəsmiləşdirmə prosesinə sərf edilən vaxt itkisinin və əlavə xərclərin minimuma endirilməsinə şərait yaratdığı vurğulanıb.
Həmçinin Məcburi Qərarların qəbul edilməsi və biznes subyektlərinin fəaliyyətinə təsiri, eləcə də gömrük bəyannamələrinin düzgün tərtib olunması ilə bağlı sahibkarlara və gömrük təmsilçilərinə ətraflı məlumat verilib.
Yekunda təklif və rəylər dinlənilib, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi