Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü ilə “Ləzzət Biskvit və Şokalad Fabriki” MMC-də görüş keçirilib.     

Gömrük əməkdaşları müəssisənin fəaliyyəti və istehsal edilən məhsul çeşidləri ilə tanış olublar. Bildirilib ki, “Nati” markası ilə fəaliyyət göstərən müəssisədə standartlara uyğun məhsullar hazırlanır, daxildə emal xüsusi gömrük proseduru altında emal olunmaqla müxtəlif xarici ölkələrə də ixrac edilir.

“Ləzzət Şikətlər Qrupu”na daxil olan fabriklə tanışlıqdan sonra gömrük-biznes əməkdaşlığı çərçivəsində dəyirmi masa ətrafında müzakirələr aparılıb. Görüşdə gömrük sistemində həyata keçirilən yeniliklər, təkmilləşdirilmələr, eyni zamanda rəsmiləşdirilmə prosesinin sürətləndirilməsi və rəqəmsallaşdırılması istiqamətində tətbiq edilən layihələr barədə geniş məlumat verilib. Həmçinin gömrük əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Yekunda  biznes subyektlərinin rəy və təklifləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Aprel 2025 16:01
195