Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Türkiyə və Macarıstan gömrük xidməti rəhbərləri ilə görüşlər keçirilib

Türkiyə və Macarıstan gömrük xidməti rəhbərləri ilə görüşlər keçirilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutan Türk Dövlətləri Təşkilatı (TDT) Gömrük Xidməti Rəhbərlərinin qeyri-rəsmi iclası çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bir sıra ikitərəfli görüşlər keçirib.

Türkiyə Respublikası ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Sezai Uçarmak və Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının rəhbərinin gömrük məsələləri üzrə müavini Kristof Peter Bakai ilə keçirilən görüşlərdə ölkələrimizin gömrük xidmətləri arasında mövcud əlaqələrin perspektivlərindən bəhs edilib, gömrük işi sahəsində məlumat və təcrübə mübadiləsinin, əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Aprel 2025 17:49
195