Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Koreya Respublikasının Səlahiyyətli İqtisadi Operatorlar Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Koreya Respublikasının Səlahiyyətli İqtisadi Operatorlar Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində Koreya Respublikasının Səlahiyyətli İqtisadi Operatorlar (SİO) Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov və Koreya Respublikasının SİO Assosiasiyasının (KAA) vitse-prezidenti Kim Çanq Yanqın rəhbərlik etdikləri nümayəndə heyətləri arasındakı görüş SİO sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil edilib.

Görüşdə SİO sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub, SİO Proqramına dair təqdimatlar nümayiş etdirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 Aprel 2025 09:41
195