Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Türkiyə Respublikası Ticarət Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Türkiyə Respublikası Ticarət Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ticarət Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinovla Türkiyə Respublikası Ticarət Nazirliyinin Statistika və Qiymətləndirmə İdarəsinin rəisi Çağlayan Aslanın rəhbərlik etdikləri nümayəndə heyətləri arasında keçirilən görüşdə gömrük işinin təşkili sahəsində statistikanın aparılması, statistik məlumatların qiymətləndirilməsi, iki ölkənin gömrük orqanları arasında məlumat mübadiləsi, güzgülü statistika və digər istiqamətlərdə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Aprel 2025 15:59
195