Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusunda görüş keçirilib

Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusunda görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Florence Healthcare İnternational Qrup, Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yeniliklər” mövzusunda ekspertlərin görüşü keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva çıxış edərək xəstəxanadaxili infeksiyaların idarə olunması, yoluxmanın qarşısının alınması, nəzarət tədbirləri, bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs ediblər.

Həmçinin tədbirdə xəstəxanadaxili infeksiyalarla mübarizənin əhəmiyyəti, bu sahədə Türkiyə təcrübəsi və digər mövzularda yerli və xarici ekspertlərin məruzələri  dinlənilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Aprel 2025 18:42
195