Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilib

Tovuz Gömrük İdarəsinin təşəbbüsü, Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələrinin iştirakı ilə Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Görüşdə “İdxal-ixrac əməliyyatları və hesablaşmalar”, “Gömrük anbarları” və “Rəqəmsal həllər” mövzularında təqdimatlar nümayiş etdirilib.

“Poçt və ekspres daşımalar” gömrük postunda da xarici ticarət iştirakçıları ilə növbəti görüş təşkil edilib. Tədbir zamanı rəsmiləşdirilmə prosesinin sürətləndirilməsi və rəqəmsallaşdırılması istiqamətində tətbiq edilən layihələr barədə məlumat verilib.

Yekunda sahibkarları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Aprel 2025 16:41
195