Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir

Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir

Aprelin 29-da Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı öz işinə başlayıb. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Konfransda açılış nitqi ilə çıxış edən ÜGT-nin Baş katibi İan Saunders təşkilatın 2025-2028-ci illər üzrə Modernləşmə və Strateji Planının icra vəziyyətinə dair hesabatını təqdim edib.

Bundan başqa konfransda ÜGT-nin Maliyyə və Audit Komitələrinin, Avropa Regional Məlumat Əlaqələndirmə Ofislərinin (RİLO) hesabatları dinlənilib.

Konfransın gündəliyindəki məsələlərdən biri də COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə 2024-cü il 20 noyabr tarixində Bakıda keçirilmiş “Yaşıl Gömrük - Yüksək Gömrük Rəsmilərinin Dialoqu” adlı tədbirin Bakı Bəyannaməsinin təqdimatıdır. Bəyannamə beynəlxalq gömrük sistemində yaşıl gömrük prinsiplərinin inkişaf etdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Həmçinin konfransda Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisinin hesabatı və gələcək fəaliyyətinə dair təqdimat nümayiş etdiriləcək, Azərbaycan tərəfindən qaldırılan ofisə dəstək məsələləri və digər mövzular müzakirə olunacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Aprel 2025 19:27
195