Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında görüş keçirilib

Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında görüş keçirilib

Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında tələbələr və müəllim heyəti ilə növbəti görüş keçirilib.

İqtisadiyyat, maliyyə və biznesin təşkili ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdiyi görüşdə gömrük sahəsində həyata keçirilən dövlət siyasəti, gömrük orqanlarının funksiyaları, gömrük işinin əhəmiyyəti barədə məlumat verilib.

Görüşdə “ÖZÜNET”, “Smart-Bot”, “Gömrük İnkişaf Modeli”, “İkipilləli Buraxılış Sistemi”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı”, “Rəqəmsal Gömrük Dəyəri” və digər layihələrə dair təqdimatlar nümayiş etdirilib. Həmçinin gömrük əməkdaşları “Gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə” mövzusunda təqdimatla çıxış ediblər.

Filialın direktoru Raqif Qasımov isə “Azərbaycanda mövcud iqtisadi inkişaf və Dövlət Gömrük Komitəsinin bu inkişafdakı rolu” mövzusunda çıxış edib.

Görüşdə tələbələri maraqlandıran mövzularla bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 May 2025 15:40
195