Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün təlim keçirilib

“Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün təlim keçirilib

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün gömrük sahəsində risklərin idarəolunması mövzusunda təlim keçirilib.

Həmçinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə qaliblərin idarəyə infoturu təşkil olunub. İdarə ilə tanışlıqdan sonra “Yaradıcı idarəçilər”, “Həvaləetmə” mövzularında təqdimatlar nümayiş etdirilib, “Disc modeli” mövzusunda təlim keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 May 2025 17:25
195