Naxçıvanda gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib
Naxçıvanda gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan Baş Gömrük İdarəsində gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev and içən əməkdaşları təbrik edərək seçdikləri bu şərəfli yolda onlara uğurlar arzulayıb. Mərasimdə 31 gənc gömrükçü təntənəli surətdə and içib.
Sonra gömrükçülər Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Sonda gənc gömrükçülər Naxçıvan Muxtar Respublikası Heydər Əliyev Muzeyi ilə də tanış olublar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi