Ulu Öndərin ideyaları, uzaqgörən siyasəti və qətiyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı təmin olunub
Ulu Öndərin ideyaları, uzaqgörən siyasəti və qətiyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı təmin olunub
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov bildirib ki, müasir-müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolunun hər anı bugünkü və gələcək nəsillər üçün nümunədir. Qeyd olunub ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndərin ideyaları, uzaqgörən siyasəti və qətiyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı təmin olundu və Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətlərdən biri kimi tanınmaqdadır.
O da qeyd olunub ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz davamlı olaraq inkişaf edir və güclənir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi