Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Növbəti ağacəkmə aksiyası keçirilib

Növbəti ağacəkmə aksiyası keçirilib

Mayın 8-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq Sumqayıt Gömrük İdarəsi tərəfindən Sumqayıt şəhərinin dənizkənarı bulvar ərazisində növbəti ağacəkmə aksiyası həyata keçirilib.

Aksiya ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədilə təşkil edilib.

Gömrük əməkdaşları həmin ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq 102 ədəd sərv ağacı əkib, abadlıq və təmizlik işləri aparıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 May 2025 19:42
195