Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının və “Ascent” şirkətinin dəstəyi ilə Masallı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

İlk öncə Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət olunub, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Daha sonra Heydər Əliyev Mərkəzi  ziyarət edilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Tədbir iştirakçıları Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafının təmin olunmasındakı misilsiz xidmətlərindən, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi səhiyyə sahəsində həyata keçirilmiş islahatlardan danışıb.

Qeyd edilib ki, Azərbaycanda səhiyyə sisteminin inkişafı istiqamətində dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Konfransın rəsmi açılış hissəsində, eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov çıxış ediblər.

Konfransın elmi hissəsinin panellərində  Azərbaycan, Türkiyə və İngiltərənin aparıcı tibb müəssisələrində çalışan yüksəkixtisaslı mütəxəssislərin məruzələri dinlənilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 May 2025 19:48
195