Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xaçmaz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüş gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunub.

Görüşdə sahibkarlara sərhədkeçmə, rəsmiləşdirilmə, gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi, könüllü riayət prinsipinin təşviq edilməsi ilə bağlı həyata keçirilən yeniliklər barədə məlumat verilib.

Həmçinin biznes nümayəndələri “Íkipilləli buraxılış sistemi”, "Rəqəmsal gömrük dəyəri" layihəsi barədə ətraflı məlumatlandırılıblar.

Sonda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 May 2025 12:41
195