Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Elektron ticarət sahəsində təcrübə mübadiləsi məqsədilə görüş keçirilib

Elektron ticarət sahəsində təcrübə mübadiləsi məqsədilə görüş keçirilib

Dövlət Gömrük Komitəsi ilə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası arasında onlayn formatda görüş keçirilib. Görüş elektron ticarət sahəsində təcrübə mübadiləsi məqsədilə təşkil olunub.

Görüşdə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının elektron ticarət sistemi, bu sahədə Macarıstan gömrüyünün əldə etdiyi təcrübə və beynəlxalq poçt göndərişlərinin idarə edilməsinə dair təqdimat nümayiş etdirilib, elektron ticarət sahəsində qabaqcıl təcrübələr və yeniliklərlə bağlı fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 May 2025 16:46
195