Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrükçülər xarici valyuta qaçaqmalçılığının qarşısını alıb

Gömrükçülər xarici valyuta qaçaqmalçılığının qarşısını alıb

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb.

Belə ki, “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən yük nəqliyyat vasitəsinin sürücüsü şifahi olaraq sorğu-sual edilib və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin dartıcısının salonunda xüsusi saxlanc yerində gizlədilərək keçirilməsinə cəhd göstərilən 8 000 000 (səkkiz milyon) rus rublu aşkar edilib.

Faktla bağlı  araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

15 May 2025 11:21
195