Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Şərqi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə Laçın şəhərində "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsinin müavini və hüquq-mühafizə orqanlarının Laçın rayonundakı qurumlarının rəhbərlərinin də iştirak etdiyi tədbir bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyaya və onun törətdiyi fəsadlara qarşı mübarizə istiqamətində əhalinin, xüsusilə gənc nəslin maarifləndirilməsi məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edənlər “ağ ölüm” adlandırılan narkomaniyanın fəsadlarından, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, insanların sağlamlığının, genefondumuzun qorunması istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs ediblər. Ölkəmizin gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, narkomaniya ilə mübarizə sahəsində fəaliyyəti barədə də məlumat verilib.

Həmçinin narkomaniya ilə mübarizədə cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsinin və kompleks mübarizənin aparılmasının əhəmiyyəti vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

15 May 2025 13:00
195