Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Brokoli və kahı” yükünün içərisindən külli miqdarda narkotik vasitə aşkar edildi

"Brokoli və kahı” yükünün içərisindən külli miqdarda narkotik vasitə aşkar edildi

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla - tərəvəz yükünün içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitə aşkar edilib.

Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “Brokoli və kahı” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.

Əsaslı yoxlama zamanı kinoloji xidmət iti paletlərdən birindəki 32 qutuya reaksiya verib. Həmin qutulardakı 32 ədəd bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 118 kiloqram 444 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.  

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 May 2025 08:55
195