Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Biznes nümayəndələri ilə növbəti görüş keçirilib

Biznes nümayəndələri ilə növbəti görüş keçirilib

Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə “Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası”nın üzvləri arasında görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının baş katibi Nihad Haqverdiyev gömrük-biznes əməkdaşlığından, həmçinin Assosasiya ilə gömrük orqanları arasındakı əlaqələrdən məmnunluqla bəhs ediblər.

Tikinti sektorunun ölkəmizdə ən böyük fəaliyyət sahələrindən biri kimi ümumdaxili məhsulun əhəmiyyətli hissəsini təşkil etdiyi bildirilib, dövlət tərəfindən bu sahənin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi, vergi və gömrük sahəsində əhəmiyyətli güzəştlərin tətbiq olunduğu diqqətə çatdırılıb.

O da qeyd olunub ki, hazırda gömrük xidmətində həyata keçirilən layihələr, hazırlanan alətlər gömrük dəyərinin müəyyənləşdirilməsinin metodoloji əsaslarla həyata keçirilməsinə, müasir gömrük inzibatçılığı metodlarından istifadə etməklə mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin səmərəli şəkildə təşkil olunmasına, təchizat zəncirlərinin fəaliyyətinin fasiləsizliyinin təmin edilməsinə imkan yaradır.  

Tədbirdə biznes nümayəndələrinin xarici ticarət əməliyyatları zamanı qarşılaşdıqları məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların təklif və rəyləri dinlənilib, sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 May 2025 17:53
195