Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Təbii narkotik vasitələrin xidməti itlər tərəfindən yük avtomobillərində axtarışı üzrə” praktiki təlimlər yekunlaşıb

“Təbii narkotik vasitələrin xidməti itlər tərəfindən yük avtomobillərində axtarışı üzrə” praktiki təlimlər yekunlaşıb

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin gömrük xidmətlərinin kinoloji bölmələri üçün təşkil edilən “Təbii narkotik vasitələrin xidməti itlər tərəfindən yük avtomobillərində axtarışı üzrə” mövzusunda beşgünlük praktiki təlimlər başa çatıb.

Qabaqcıl təcrübələrin, bilik və bacarıqların öyrənilərək paylaşılması, potensialın gücləndirilməsi məqsədilə keçirilən təlimlər Müstəqil Dövlətlər Birliyinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-mühafizə bölmələri başçıları komitəsinin kinoloji məsələlər üzrə işçi qrupunun protokoluna əsasən reallaşıb.

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində və Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postunda kinoloji xidmət itlərinin təbii narkotik vasitələrin iylərinə alışdırılması, yük nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində, həmçinin karqo yüklərində öncədən gizlədilmiş təbii narkotik vasitələrin axtarışı üzrə təlimlər, praktiki məşğələlər keçirilib.

Yekunda iştirakçılara sertifikatlar  təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 May 2025 19:00
195