İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidmətləri Rəhbərlərinin 10-cu iclası keçirilib
İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidmətləri Rəhbərlərinin 10-cu iclası keçirilib
Mayın 28-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gömrük Xidmətləri Rəhbərlərinin 10-cu iclası keçirilib.
İclasda Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbirdə İƏT Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclasının qərarlarının icra vəziyyəti nəzərdən keçirilib, Ticarətin Asanlaşdırılması üzrə İşçi qrupunun 2-ci iclasının hesabatı və Gömrük Əməkdaşlıq Komitəsinin 6-cı iclasının hesabatı qəbul edilib.
Həmçinin təşkilatın Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına dair məlumat bazasının fəaliyyətə başlaması, gömrük xidmətləri arasında məlumat mübadiləsi sisteminin yaradılması, elektron məlumat mübadiləsi, eləcə də elektron və kağızsız sərhədlərarası ticarət, Ümumdünya Gömrük Təşkilatı ilə mümkün əməkdaşlığın nəzərdən keçirilməsi, potensialın gücləndirilməsi üzrə təkliflər və digər məsələlər müzakirə olunub.
İclas çərçivəsində digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi