Bir sıra dövlət qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri Özbəkistanda səfərdə olublar
Bir sıra dövlət qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri Özbəkistanda səfərdə olublar
25-29 may tarixlərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə bir sıra dövlət qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri Özbəkistan Respublikasında səfərdə olublar.
Səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi sədrinin birinci müavini Qayrat Nasırov və Komitənin mətbuat katibi Husan Tangriyev ilə görüşüb.
Görüşlərdə iki ölkənin gömrük orqanları arasında kommunikasiya sahəsində təcrübə mübadiləsi, əlaqələrin perspektivləri ilə bağlı müzakirələr aparılıb, eləcə də Özbəkistan Gömrük Komitəsi Mətbuat Xidmətinin və Rəsmiləşdirmə Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilib.
Səfər çərçivəsində Azərbaycanın dövlət qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələrinin Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktorunun birinci müavini Dilşod Saidjanov, Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin rektoru Şerzodxon Qudratxoja ilə görüşləri keçirilib. Bundan başqa, nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyində olub və qurumun mətbuat xidmətinin fəaliyyəti ilə yaxından tanış olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi