1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib
Mərkəzi Gömrük Hospitalında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balaca pasiyentlər üçün maarifləndirici aksiya keçirilib. Aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının həkimləri stasionar və ambulator müalicə alan uşaqlarla görüşüb, onların sağlamlığı ilə bağlı faydalı tibbi tövsiyələr verib və hədiyyələr təqdim ediblər.
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Nur” uşaq evinin sakinlərini ziyarət ediblər, Balakən Gömrük İdarəsinin əməkdaşları isə bayramı Şəki şəhərində yerləşən 6 saylı Uşaq evi sosial xidmət müəssisəsinindəki uşaqlarla keçiriblər.
Astara Gömrük İdarəsinin əməkdaşlar isə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid ailələrini ziyarət edərək torpaqlarımız uğrunda canından keçən qəhrəman vətən öğullarının övladları ilə görüşüblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi