Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Biznes nümayəndələri ilə növbəti görüşlər keçirilib

Biznes nümayəndələri ilə növbəti görüşlər keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşmə mərkəzində keçirilən görüşdə xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri iştirak edib.

Görüşdə gömrük ödənişlərinin qaytarılması, gömrük nəzarətinin həyata keçirilməsi zamanı xarici ticarət iştirakçıları tərəfindən yol verilmiş hüquqpozma faktları barədə xarici ticarət iştirakçılarına məlumat verilib.

Astara Gömrük İdarəsində keçirilən görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, gömrük-biznes münasibətlərinin gücləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib, qanunvericilikdəki təkmilləşdirilmələrə dair təqdimat nümayiş etdirilib.

“Poçt və ekspres daşımalar postunda” “Azərpoçt” MMC-nin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə isə beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətinin və rəsmiləşdirilməsinin təkmilləşdirilməsi, proseslərin asan, sürətli şəkildə reallaşdırılması istiqamətində tətbiq edilən yeniliklərdən bəhs edilib.

Görüşlərdə biznes subyektlərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 İyun 2025 12:19
195