Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda keçirilib.

Görüşdə Türkiyə Respublikasının Gömrük Mühafizəsi Baş İdarəsinin Baş direktor müavini Osman Yıkın və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi Əsgər Məmmədov iştirak ediblər.

Tərəflər təhlükəsizlik, hüquqpozmalara qarşı mübarizə istiqamətində əməkdaşlığın gücləndirilməsi, həmçinin nəqliyyat və yük axınlarının sərhədkeçmə, gömrük nəzarəti proseslərinin sürətləndirilməsi, bu sahədə qarşıya çıxan məsələlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Türkiyə nümayəndə heyəti “Sədərək” gömrük postunun mövcud infrastrukturu ilə də yaxından tanış olub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 İyun 2025 12:29
195