Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Gəncə Gömrük İdarəsinin təşəbbüsü ilə “Xanni-2017” MMC-də görüş keçirilib. Görüşdə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, rəsmiləşdirmə prosesinin sürətləndirilməsi və rəqəmsallaşdırılması istiqamətində tətbiq edilən layihələr, həmçinin Dövlət Gömrük Komitəsinin “Gömrük-biznes əməkdaşlığının İnkişafı Konsepsiyası”na dair məlumat verilib.

Gömrük əməkdaşları müəssisənin fəaliyyəti və istehsal prosesi ilə tanış olublar.

Yekunda biznes subyektlərinin rəy və təklifləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 İyun 2025 17:45
195