Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Gömrük orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Gömrük orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
İyunun 17-də Dövlət Gömrük Komitəsində Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının rəhbəri Ferenc Vagujhelyinin və Estoniya Vergi və Gömrük Şurasının sədri Raigo Uukkivinin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirilib.
Görüşlərdə gömrük orqanları arasında əməkdaşlıqdan məmnunluqla bəhs edilib, mövcud əlaqələrin perspektivləri ilə bağlı müzakirələr aparılıb, xüsusilə rəqəmsal gömrük, elektron ticarət, risklərin idarəolunması, ticarətin asanlaşdırılması sahəsində təcrübə mübadiləsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş çərçivəsində Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeniliklər, rəqəmsal həllər, həmçinin gələcək hədəflərə dair təqdimatlar nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
17 İyun 2025 19:10