Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib
Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib
Balakən Gömrük İdarəsinin təşəbbüsü ilə “Şəki” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, idxal-ixrac əməliyyatları, məcburi qərarların əldə edilməsi, gömrük rəsmiləşdirilməsi, eləcə də “Zərərli maddələr və tullantıların qanunsuz ticarəti” mövzularında təqdimatlar nümayiş etdirilib.
Daha sonra “Şəki şərab” MMC-də görüş keçirilib. Gömrük əməkdaşları müəssisənin fəaliyyəti ilə tanış olub, istehsal prosesini izləyib idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Tovuz Gömrük İdarəsində də xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüşdə “Gömrük borcu və gömrük borcunun müəyyən edilməsi mexanizmləri”, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”na dair maarifləndirici təqdimatlar nümayiş etdirilib.
Görüşlərdə sahibkarları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi