Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Əməkdaşlıq Şurasının sessiyalarında texniki və strateji mövzular müzakirə olunub

Gömrük Əməkdaşlıq Şurasının sessiyalarında texniki və strateji mövzular müzakirə olunub

ÜGT-nin Gömrük Əməkdaşlıq Şurasının 145/146-cı sessiyalarının sonuncu günündə bir sıra vacib texniki və strateji məsələlər müzakirə edilib.

Sessiya çərçivəsində təşkil olunan panel iclaslarda “Transfer qiymətləri üzrə gömrük və vergi orqanlarının əməkdaşlığı”, “Elektron ticarətdə məlumat-əsaslı yanaşmalar” və “Potensialın gücləndirilməsi sahəsində nəticələrin əldə olunması: yeni paradiqmada ortaq məsuliyyət” kimi aktual mövzularla bağlı geniş müzakirələr aparılıb.

Panel müzakirələr zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən gömrük sistemləri qarşısında duran çağırışlara dair konkret təkliflər səsləndirilib və beynəlxalq təşəbbüslərə münasibət bildirilib.

Bununla yanaşı, sessiyalar çərçivəsində “Mənşə Qaydaları”, “Gömrük Dəyəri və Qiymətləndirmə”, “Rəqəmsal Gömrük və Məlumat Əsaslı İdarəetmə”, “Təhlükəsizlik və Risklərin İdarəolunması” sahələrində innovativ yanaşmalar, praktiki əməkdaşlıq imkanları və texniki sənədlər üzv dövlətlərin diqqətinə çatdırılıb. ÜGT Katibliyinin təqdim etdiyi yeni texniki sənədlər və gələcək fəaliyyət istiqamətləri iştirakçılar tərəfindən ümumilikdə dəstəklənib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 İyun 2025 14:46
195