Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçılarına yeni layihələr barədə məlumat verilib

Xarici ticarət iştirakçılarına yeni layihələr barədə məlumat verilib

Gəncə Gömrük İdarəsinin “Yevlax” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüşdə “zərərli maddələr və tullantıların qanunsuz ticarəti” və “Gömrük orqanları tərəfindən istifadəyə verilən alətlər” mövzularında təqdimatlar nümayiş etdirilib.

Həmçinin “Özünet” layihəsi,   platformanın altbölmələrindən istifadə qaydaları biznes subyektlərinin diqqətinə çatdırılıb. Eyni zamanda xarici ticarət iştirakçıları “İkipilləli Buraxılış Sistemi”, “Rəqəmsal Gömrük Dəyəri”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı Sistemi” layihələri barədə ətraflı məlumatlandırılıblar.  

Yekunda biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 İyul 2025 14:16
195