Daşıyıcı şirkətlərin nümayəndələri ilə onlayn görüş keçirilib
Daşıyıcı şirkətlərin nümayəndələri ilə onlayn görüş keçirilib
Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nümayəndələri və beynəlxalq daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərlə onlayn görüş keçirilib.
Görüş gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirilmələrlə bağlı daşıyıcı şirkətlərin məlumatlandırılması, onların gömrük sahəsində qarşılaşdıqları məsələlərin öyrənilməsi və operativ qaydada həll edilməsi məqsədilə təşkil olunub.
Tədbirdə “Tranzit proseduru: risklər və imkanlar” mövzusunda təqdimat nümayiş olunub, beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələrinin sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, ticarətin asanlaşdırılması mövzularında fikir mübadiləsi aparılıb.
Yekunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi