Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
"Zəka" müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib
"Zəka" müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib
“Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə növbəti görüşlər keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən “Gömrük işi və Media” mövzusunda təqdimat nümayiş etdirilib, gömrük işinin təbliği və bu istiqamətdə cəmiyyətin məlumatlandırılması ilə bağlı ətraflı məlumat verilib.
Daxilolmalara Nəzarət Baş İdarəsində keçirilən görüşdə xüsusi təqdimat əsasında baş idarənin fəaliyyət istiqamətləri barədə məlumat verilib, qalibləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin fəaliyyəti ilə əyani şəkildə tanış olan müsabiqə qalibləri gömrük nəzarəti rəsmiləşdirilmə proseslərini izləyiblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
1 Sentyabr 2025 11:42