Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüş keçirilib

Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüş keçirilib

Sentyabrın 9-da Dövlət Gömrük Komitəsində ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüş keçirilib.

Qeyd edək ki, missiyanın məqsədi ABŞ-nın özəl sektor nümayəndələrinin Orta Dəhliz ölkələrində ticarət, enerji, infrastruktur və logistika sahələrində mövcud imkanlarla tanış olması, müvafiq sahələrdə əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi və əlaqələrin qurulmasıdır.

Görüşdə Orta Dəhliz boyu gömrük prosedurlarının rəqəmsal həllər əsasında sadələşdirilməsi layihəsi, dəhlizin cəlbediciliyinin artırılmasına töhfə vermək məqsədilə region ölkələrinin gömrük xidmətləri ilə qurulan işgüzar əlaqələr barədə məlumat verilib, eləcə də Azərbaycan və ABŞ gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.  

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Sentyabr 2025 17:40
195