Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

“Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinov “Yüksəliş” müsabiqəsinin qalibi, gömrük əməkdaşı Şəfəq Həsənəlizadə ilə görüş zamanı müsabiqənin ölkəmizdə kadr potensialının inkişafı baxımından əhəmiyyətindən danışıb. Görüşdə gənclərin fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri nailiyyətlər müzakirə olunub, qalibin hazırda gömrük orqanlarında fəaliyyət göstərdiyi sahə üzrə karyera hədəfləri barədə fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələsi

11 Sentyabr 2025 16:31
195