Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov sentyabrın 18-də İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Kraus ilə görüşüb.

Görüşdə iki ölkənin gömrük orqanları arasında mövcud qarşılıqlı əlaqələrin gələcək inkişafı, məlumat və təcrübə mübadiləsi, texnoloji avadanlıqların təminatı istiqamətində əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Sentyabr 2025 14:51
195