Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin təşəbbüsü ilə xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.

Görüş gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, qanunvericilikdə edilən dəyişikliklərlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunub.

Tədbirdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirov və Dövlət Gömrük Komitəsinin Gömrük Siyasəti Baş İdarəsinin rəis müavini Rövşən Namazov gömrük sistemində reallaşdırılan yeniliklərin üstünlükləri barədə ətraflı məlumat verib, süni intellketin tətbiqinin gömrük əməliyyatlarının sadələşdirilməsinə, asan və sürətli şəkildə həyata keçirilməsinə, vaxta və vəsaitə qənaət olunması baxımından biznes subyektlərinə əlavə imkanlar yaratdığını vurğulayıblar.  

Həmçinin görüşdə gömrük hüquqpozmalarının qarşısının alınması istiqamətində reallaşdırılan profilaktik tədbirlər, gömrük sərhədindən keçirilməsinə qadağa və məhdudiyyət tətbiq olunan malların siyahısındakı dəyişikliklər və digər mövzulara dair müzakirələr aparılıb.

Daha sonra biznes subyektləri və gömrük təmsilçilərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Oktyabr 2025 12:43
195